Onun bölgədə gərginliyin artması fonunda Tehrana hansı səbəbdən getdiyi açıqlanmırdı. Bu gün isə Qriqoryan Facebook səhifəsində səfərinin məqsədi ilə bağlı paylaşım edib.
"Regiondakı təhlükəsizlik vəziyyəti Ermənistanın Təhlükəsizlik Şurasının katibi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında müzakirə edilib", - o yazıb.
Qriqoryan qeyd edib ki, o, Əli Şamxani ilə şam yeməyi də yeyib. Həmsöhbətlər Ermənistan-İran ikitərəfli münasibətlərinin gündəliyinə və inkişaf perspektivlərinə də toxunublar.
Tural Tağıyev
AzVision.az