Prezident və xanımı Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib

   Prezident və xanımı Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib
  10 Aprel 2023    Oxunub:908
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib.
AzVision.az xəbər verir ki, əklil mərhumun Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı tabutunun önünə qoyulub. Bundan başqa Heydər Əliyev Fondu da Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib.

Vida mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn ediləcək. Qeyd edək ki, Azərpaşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.

AzVision.az


Teqlər:



Xəbər lenti