"Bir neçə vəkil intizam tənbehinə cəlb edilib" - Anar Bağırov

   "Bir neçə vəkil intizam tənbehinə cəlb edilib" -    Anar Bağırov
  11 Aprel 2023    Oxunub:1155
Azərbaycanda formal vəkilliklə məşğul olan bir neçə vəkil barəsində intizam icraatı başlanıb.
AzVision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, vəkillik sahəsindəki problemlər qalmaqdadır: "Hazırda ən böyük problem formal vəkillik problemidir. Biz formal vəkillik problemi ilə mübarizə aparırıq. Bununla bağlı bir neçə vəkil barədə intizam icraatı başlanılıb. Artıq intizam tənbehinə cəlb olunan vəkillər də var".

A.Bağırov qeyd edib ki, formallıq heç bir halda qəbul olunmamalı və sözügedən problemlə bağlı mübarizə genişləndirilməlidir.

AzVision.az


Teqlər:



Xəbər lenti