"Təltif olunmağımı iclasda eşitdim" - Cavanşir Paşazadə

  "Təltif olunmağımı iclasda eşitdim" -    Cavanşir Paşazadə
  11 Aprel 2023    Oxunub:1937
"Prezident İlham Əliyevin məni "Şərəf" ordeni ilə təltif etməsini iclasda olarkən eşitdim. Telefonumun zəngi dayanmır, hamı təbrik edir".
Bunu AzVision.az -a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. O, təltif olunması xəbərini Birləşmiş ərəb Əmirliklərinin nümayəndələri ilə iclasda aldığını qeyd edib:

"Dostlar, tanışlar hər kəs zəng edib, təbrik edir. Cənab Prezidentə Allah can sağlığı versin. Hər kəsə fəaliyyətinə görə qiymət verir. Ali Baş Komandana mənim fəaliyyətimi qiymətləndirib tətlif etdiyi üçün təşəkkür edirəm. Hər zaman Cənab Prezidentin yanındayıq və onun siyasətini dəskləyirik və gələcəkdə bütün məsələlərdə də yanında olacağıq".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti