Hərbi komissar külli miqdarda rüşvət alarkən yaxalandı

   Hərbi komissar külli miqdarda rüşvət alarkən yaxalandı
  11 Aprel 2023    Oxunub:1027
Saratovda şəhərin Kirovski, Voljski və Frunzenski rayonlarının hərbi komissarı 42 yaşlı Oleq Sadomov külli miqdarda rüşvət alarkən tutulub.
Bu barədə TASS Saratov vilayət məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verir. O, mayın 27-dək İstintaq təcridxanasında olacaq.

Versiya-Saratov xəbər agentliyinin məlumatına görə, əvvəlcə təqsirləndirilən şəxs onun həbsindən apellyasiya şikayəti vermək niyyətində olsa da, sonradan vəkil Mixail Ştoda apellyasiya şikayətini geri götürüb.

Sadomovdan başqa bu işdə hərbi xidmətə çağırış şöbəsinin rəisi Yelena Poddubnaya da iştirak edib. O da nəzarətə götürülüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti