“Ermənistana İrandan təlimat verilməsi istisna deyil” – Azay Quliyev
“Bu danışıqların baş tutmaması üçün Ermənistana qonşu ölkələrdən, xüsusilə, İrandan belə bir təxribata əl atılması ilə bağlı təlimatın verilməsi istisna olunmur.
Azərbaycanın sülh danışıqlarına sadiq qaldığı haqqında cənab Prezidentin dünən Astanada verdiyi bəyanatdan bir gün sonra Ermənistanın belə bir silahlı toqquşmaya əl atması bu fikri daha da gücləndirir.
ABŞ-ın dövlət katibi Blinkenin və Avropa İttifaqı Şurasının prezidenti Mişelin Ermənistanın hazırda davam edən hərbi təxribatına və pozuculuq fəaliyyətinə adekvat qiymət verməsini gözləyirik”,- Azay Quliyev vurğulayıb.
Teqlər: İran Ermənistan Təxribat







Vaxtında, Aydın, Lazımlı!


