Laçında çoban minaya düşüb - YENİLƏNİB

 Laçında çoban minaya düşüb  -  YENİLƏNİB
  12 Aprel 2023    Oxunub:1618
Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizovun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, hazırda Laçın rayon prokurorluğunda araşdırma davam etdirilir.

"2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

***

Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

Agentlikdən AzVision.az-a bildirilib ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.

Qeyd edilib ki, mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.
***
Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti