“Azərsu” abonentlərinin sayı artıb
Abonentlərin 1697983-ü və ya 96 faizi əhali, 69915-i və ya 4 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.
Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Aprelin 1-nə qədər “Azərsu” ASC abonentlərinin 88,9 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,7 faiz, qeyri əhali qrupu üzrə isə 95,6 faiz təşkil edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


