Dünya Bankı Ukraynanın enerji sektoru üçün 200 milyon dollar ayırır

Dünya Bankı Ukraynanın enerji sektoru üçün 200 milyon dollar ayırır
  12 Aprel 2023    Oxunub:1309
Dünya Bankı Ukraynanın enerji sektorunun bərpası üçün 200 milyon dollar məbləğində qrant elan edib.
AzVision.az xəbər verir ki, bu barədə Dünya Bankının bəyanatında deyilir. Bildirilib ki, layihənin miqyası genişləndikcə tərəfdaşlardan qrantlar və digər növ töhfələr şəklində 300 milyon dollara qədər əlavə maliyyə vəsaitinin alınması gözlənilir.

Ayrılan vəsaitin infrastrukturun təcili təmiri üçün kritik avadanlıqların alınmasına xərclənməsi nəzərdə tutulur. Bundan əlavə, mobil istilik qazanlarına pul xərclənməlidir.

AzVision.az


Teqlər:



Xəbər lenti