"ABŞ Əfqanıstanda narkotikanı inkişaf etdirdi" - İranın XİN rəhbəri

   "ABŞ Əfqanıstanda narkotikanı inkişaf etdirdi" -    İranın XİN rəhbəri
  13 Aprel 2023    Oxunub:1146
"Əfqanıstanın ABŞ tərəfindən iyirmi il işğalda saxlanılması bu ölkədəki narkotik problemini nəinki həll etmədi, əksinə daha da dərinləşdirdi". AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Əfqanıstana qonşu ölkələrin nazirlər konfransı çərçivəsində deyib.
“Amerikanın Əfqanıstanı işğal etdiyi 20 il ərzində narkotik problemi nəinki həll olunmayıb, əksinə, Əfqanıstanda narkotiklərin becərilməsi və qaçaqmalçılığının həcmi dəfələrlə artıb. Bu qara bazarın genişləndirilməsində Qərb ölkələrinin mafiya şəbəkəsinin rolu kifayət qədər göz qabağındadır”, - o deyib.

Aprelin 13-də Səmərqənddə Rusiya, Çin, İran, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirlərinin iştirakı ilə Əfqanıstanın qonşu dövlətlərinin nazirlər konfransı keçirilir.

Tərəflər Əfqanıstanın siyasi nizamlanmasının təşviqi, regional iqtisadi inteqrasiyanın inkişafı, Kabilin iştirakı ilə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi üzrə gələcək addımları müzakirə edəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti