WhatsApp-dan yenilik: Populyar funksiyanı təkmilləşdirir

      WhatsApp-dan yenilik:    Populyar funksiyanı təkmilləşdirir
  17 Aprel 2023    Oxunub:1083
Məşhur WhatsApp messencerinin tərtibatçıları mesajların təkrar göndərilməsi ilə bağlı funksiyanı təkmilləşdirəcəklər.
Bu barədə WABetaInfo portalının mütəxəssislərinə məlum olub. Portalın ekspertləri bildiriblər ki, Android 2.23.8.22 üçün WhatsApp-ın yeni beta versiyası göndərdiyiniz fayllara orijinal imzanı sildikdən sonra yeni təsvirlər əlavə etmək imkanına malikdir.

“Bu funksiya cari başlıq faylı düzgün təsvir etmədikdə və ya siz başqa təsvir əlavə etmək istəyirsinizsə faydalıdır”, - ekspertlər qeyd edirlər.

Şəkillər, videolar, GIF-lər və imzalanmış sənədlər göndərilərkən yeni seçim artıq sınaqçılar üçün əlçatandır.

WABetaInfo bildirib ki, geniş auditoriya üçün funksiya yaxın günlərdə əlçatan olacaq.

Əvvəllər məlum idi ki, WhatsApp yeni funksiyasının sayəsində hesabı yeni cihaza köçürərkən köhnə cihazda əməliyyatı təsdiqləmək seçimi görünəcək.

Bundan əvvəl bildirilmişdi ki, “WhatsApp” istifadəçiləri 30 saniyəyə qədər statuslarda səsli mesajlar dərc edə biləcəklər, həmçinin məxfilik parametrlərində müvafiq statusun göstəriləcəyi kontaktları seçə biləcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti