Paşinyan: "Türkiyə ilə normal münasibətlər qurmaq üçün böyük imkan yaranıb"

    Paşinyan:    "Türkiyə ilə normal münasibətlər qurmaq üçün böyük imkan yaranıb"
  18 Aprel 2023    Oxunub:1200
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə normal münasibətlər qurmaq üçün böyük imkanın yarandığını bəyan edib.
AzVision.az xəbər verir ki, o, bu barədə parlamentdə hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.

"Ermənistan məntiqi olaraq Türkiyədə baş verən dağıdıcı zəlzələyə reaksiya vermək qərarına gələndə, qeyri-diplomatik və qeyri-siyasi amillər - bəşəri dəyərlər hesabına əlaqələrin normallaşması ehtimalı artdı. Türkiyə də öz növbəsində bizim səmimiyyətimizə inanmasaydı Marqara körpüsünü göndrədiyimiz yüklər üçün açmazdı”, - Paşinyan bildirib.

Xatırladaq ki, bu ilin fevralında Ermənistan Türkiyəyə bir neçə humanitar yardım göndərdi. Son 30 ildə ilk dəfə olaraq Marqara keçid məntəqəsi erməni yük maşınlarının keçməsi üçün açılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti