Mübariz Qurbanlı Ramazan bayramı ilə bağlı tapşırıq verdi

   Mübariz Qurbanlı Ramazan bayramı ilə bağlı tapşırıq verdi
  18 Aprel 2023    Oxunub:1157
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə qeyd olunacaq Ramazan bayramı ilə bağlı tapşırıq verib.
Qurumdan AzVision.az
-a verilən məlumata görə, M.Qurbanlı aprelin 18-də videoformatda keçirilən müşavirədə Ramazan bayramı ilə əlaqədar DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb.

Sədr bayram namazında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini, o cümlədən bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsinin labüdlüyünü vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti