Avtomobil sexlərində yanğın olub, 5 maşın yanıb

   Avtomobil sexlərində yanğın olub, 5 maşın yanıb
  20 Aprel 2023    Oxunub:1073
Şəmkirdə avtomobil sexlərində yanğın olub, 5 maşın yanıb.
Şəmkir şəhər Cahangir Rüstəmov küçəsində yerləşən bir neçə avtomobil sexlərində yanğın qeydə alınıb.

Nəticədə sexlərdə olan 5 avtomobil və avadanlıqlar tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası və 4 yanğınsöndürən maşınları cəlb olunub.

Yanğın söndürülüb, xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.(REPORT)


Teqlər:



Xəbər lenti