Beynəlxalq Ədalət Məhkəməsi İrəvanın əsas iddia sənədinə baxılmanı dayandırıb

   Beynəlxalq Ədalət Məhkəməsi İrəvanın əsas iddia sənədinə baxılmanı dayandırıb
  24 Aprel 2023    Oxunub:1191
Cari il aprelin 21-də Azərbaycan tərəfi "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib.
Bu barədə " AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb", - məlumatda bildirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti