Sabah yağış yağacaq, şimşək çaxacaq
Havanın temperaturu gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


