"Molodoy çelovek, salam əleyküm": Heydər Əliyevlə 3 saatlıq söhbət

  "Molodoy çelovek, salam əleyküm":  Heydər Əliyevlə 3 saatlıq söhbət
  26 Aprel 2023    Oxunub:2537
"Ulu öndərlə bir neçə il birlikdə işləmişik. Biz onun məktəbini keçmişik. Respublikanın rəhbəri kimi ilk dəfə "Ulduz" metrostansiyasının açılışında görüşdük. Daha sonra "Məşədi Əzizbəyov" (indiki Koroğlu), "Qara Qarayev", "Neftçilər" metrostansiyalarının açılışını etdik".
AzVision.az xəbər verir ki, bunu "Azərtunelmetrotikinti" SC-nin keçmiş sədri Şaiq Əfəndiyev deyib. O bildirib ki, Heydər Əliyev "Nizami" metrostansiyasının arxitekturasının işlənməsində çox fəal iştirak edib.
Heydər Əliyev "Metrovaqonmaş"ın rəhbərinə nə yazmışdı? - Tağı Əhmədovdan tarixi açıqlama

"Stansiyanın interyerini Ulu öndərlə Mikayıl Abdullayevin birgə əsəri kimi qəbul etmək olar. "Bakmil" stansiyasına o zaman çox ehtiyac var idi. Çünki orada kondisioner və digər zavodlar fəaliyyət göstərirdi və nəqliyyat vasitəsi mütləq lazım idi. 80-ci illərdə Moskvaya Baş nazirin birinci müavini, Büro üzvü getməsinə baxmayaraq, bizə hər zaman köməklik göstərib. Müraciət edəndə bütün məslələri həll edərdi".

Ş.Əfəndiyev Ümumilli liderlə bağlı maraqlı xatirəsini də bölüşüb:

"90-ci ildə Moskvadan Bakıya qayıdırdım. Təyyarədə heç kim yox idi, amma birinci salonun üçüncü sırasında 3 nəfər oturmuşdu. Ötüb keçəndə səs eşitdim: "Salam-əleyküm, molodoy çelovek". Təbii ki, özümü itirmədim, amma həyacanlandım. Çünki Ulu öndərin səsini eşitdim. Əlini uzadıb görüşdü. Bir an fikirləşdim ki, onun yadından çıxmışam. Təxminən 10 il idi ki, görüşmürdük. 3 saata yaxın yol gəldik. O mənə metro tikintisi barədə suallar verirdi. Birinci sualı Elmlər Akademiyasındakı problemlə bağlı idi. Sonda inkişafın necə olacağını soruşdu. Dedim ki, çox çətinliklər var".

Aytən Zəhra
AzVision.az


Teqlər:  



Xəbər lenti