Sudanda Türkiyə təyyarəsinə atəş açılıb

Sudanda Türkiyə təyyarəsinə atəş açılıb
  28 Aprel 2023    Oxunub:1151
Sudanda Türkiyənin təxliyyə təyyarəsinə atış açılıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi təyyarənin təhlükəsiz eniş etdiyini və şəxsi heyətin heç birinin xəsarət almadığını açıqlayıb:

"Münaqişənin davam etdiyi Sudanda qalan vətəndaşlarımızı təxliyə etmək məqsədi ilə Vadi Seyidnaya gedən C-130 təxliyyə təyyarəmizə yüngül silahlarla atəş açılıb. Təyyarəmiz təhlükəsiz eniş edib. Heyətimizdə xəsarət alan olmasa da təyyarəmizə lazımi baxış keçirilir”.

Qeyd edək ki, Sudanda aprelin 15-dən bəri ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar atəşkəs qərarlarına baxmayaraq davam edir. Tərəflər bu gün sona çatan atəşkəsin daha 3 gün uzadılmasına dair qərar veriblər. Lakin bölgədə atışmalar davam edir.

AzVision.az


Teqlər:



Xəbər lenti