Qoşqar Təhməzli "Rosselxoznadzor"un rəhbəri ilə danışıb
Eyni zamanda söhbət zamanı Azərbaycandan Rusiyaya qida məhsulları ixrac edən bir sıra şirkətlərin (“Atena”, “Sunaz”, “Kəf”), eləcə də Rusiyadan ölkəmizə qida məhsulları idxal edən şirkətlərin məhsullarında qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycanda fəaliyyət göstərən logistik şirkətlər tərəfindən bitkiçilik məhsullarının Rusiyaya ixracı zamanı yol verilən pozuntular müzakirə olunub və bu istiqamətdə nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin qanundan irəli gələn tələblər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


