Dəhşətli qəza: 2 ölü, 17 yaralı

      Dəhşətli qəza:    2 ölü, 17 yaralı
  28 Aprel 2023    Oxunub:1410
Ankaranın Nallıhan rayonunda işçiləri daşıyan xidmət maşını ilə avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, qəzada avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib, sürücü və xidmətdə olan işçilərdən 16 nəfər yaralanıb.

Vəziyyəti ağır olan sürücü İbrahim S. Ankaraya aparılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti