"Mina partlayışında 3 mülki şəxsin həlak olmasını kədərlə öyrəndim"

  "Mina partlayışında 3 mülki şəxsin həlak olmasını kədərlə öyrəndim"
  28 Aprel 2023    Oxunub:1661
“Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir”.
AzVision.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri An Bualon tviter hesabında yazıb.

O bildirib ki, Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olmasını böyük kədərlə öyrənib:

“Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir”.

Qeyd edək ki, bu gün Tərtərdə mina partlaması nəticəsində 3 nəfər həlak olub.

AzVision.az



Teqlər:



Xəbər lenti