Qazaxıstanlı müğənni "jan"ı "yan"a dəyişdi

 Qazaxıstanlı müğənni  "jan"ı "yan"a dəyişdi
  29 Aprel 2023    Oxunub:3350
Məşhur qazax müğənni, dünyada nadir səs sahibi kimi tanınan Dimaş Kudaiberqen İrəvana gəlib. O, Ermənistanda pərəstişkarları qarşısında solo konsert proqramı ilə çıxış edəcək.
AzVision.az xəbər verir ki, Dimaş konsertdən öncə yerli mediaya müsahibə verib.

Müğənninin erməni jurnalistin "Bir dəfə demişdiniz ki, xalqlarımızın çoxlu ortaq cəhətləri var. Məhz hansı misalı çəkə bilərsiniz?" sualına cavabı isə diqqət çəkib.

- Qazaxların belə bir sözü var - “jan”. Qardaşını və ya dostunu adı ilə çağırdığınızda "jan" sözünü də əlavə edirsən. Bu, tərcümədə "can" anlamına gəlir. Mən öz qardaşımı belə çağırıram. Məsur jan deyirəm. Sizdə də oxşar şey var. Ermənilər isə “can” sözünü işlədirlər, - Dimaş hayların oğurluq türk sözünü ermənilərə məxsus müraciət forması kimi təqdim edib.

Ermənilər Eldar Mansurovun əsərlərini oğurladı
O hətta jurnalistin "Bu barədə Ermənistanda öyrənmisiniz?" sualına "Yox, əvvəldən bilirdim" deməklə cavab verib.

Bundan başqa, verilişdə "İlk dəfə erməni ictimaiyyəti qarşısında çıxış edəcəksiniz. Ermənistan haqqında nə bilirsiniz?" sualı da səslənib. Dimaş saxta mədəniyyəti olan bir xalqı məhz mədəniyyətinə görə sevdiyini deyib. Ən təəccüblüsü isə budur ki, türk müğənni tarı, sazı, tütəyi ermənilərin adına yazıb.

- Mən Ermənistanı mədəniyyətinə görə sevirəm. Tar, saz, kanon, "duduk" (Tütək-red.) kimi musiqi alətləri var. Mən "duduk"un böyük pərəstişkarıyam, bir çox aranjimanlarımda bu alətdən istifadə olunur. Fəxr edirəm ki, "Znay" kompozisiyasında əfsanəvi Civan Qasparyan ifa edib. Nadir hallarda filmlərə baxıram. Amma bu yaxınlarda “Zəlzələ” adlı erməni filminə baxdım. Söhbət faciədən gedir. Bu film şah əsərdir. Bacım bütün film boyu ağlayırdı, - məşhur qazax müğənni məyus edici açıqlamalar verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Dimaş   Ermənistan   Tar   Saz   Müğənni  



Xəbər lenti