Britaniya səfiri: "Tərtərdə 3 nəfərin minadan həlak olması xəbəri məni çox üzdü"

      Britaniya səfiri:    "Tərtərdə 3 nəfərin minadan həlak olması xəbəri məni çox üzdü"
  29 Aprel 2023    Oxunub:1798
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonunda üç azərbaycanlının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.
AzVision.az -ın məlumatına görə, bu barədə səfir tviter səhifəsində paylaşım edib.

"Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm", - səfir yazıb.

Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

AzVision.az



Teqlər: Mina   Səfir  



Xəbər lenti