“Al Press” "Alçaqlığın cəzasız qalması” başlığı ilə əsirlərimizə işgəncədən yazdı

“Al Press”   "Alçaqlığın cəzasız qalması”   başlığı ilə əsirlərimizə işgəncədən yazdı
  29 Aprel 2023    Oxunub:1787
Kolumbiyanın “Al Press” xəbər agentliyi Ermənistanın hərbi cinayətlərindən yazıb.
Azərbaycanın Meksikadaki səfirliyindən AzVision.az -a verilən məlumata görə, "Impunidad de una infamia" (Alçaqlığın cəzasız qalması-red.) başlıqlı məqalədə sosial şəbəkələrdə silahsız Azərbaycan əsgərinin işgəncəyə məruz qoyulmasını göstərən video və foto görüntülərin yayılmasının hiddət doğurduğu bildirilir.

Qeyd olunur ki, insanlıqdan çıxmış erməni quldurlarının əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq əsir düşmüş azərbaycanlı hərbi qulluqçulara qarşı törətdikləri humanitar hüquqazidd vəhşi əməllər qəbuledilməzdir və dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənilməlidir.

Məqalədə “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın müddəalarını kobud şəkildə pozan erməni canilərinin cəzasız qalmalarının onları daha da cəsarətləndirdiyi və azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkiliyin ən yüksək həddə çatdığı təəssüflə bildirilir. Həmçinin, erməni vəhşiliyinin cəzasız qalması nəticəsində bu gün də hərbçilərin və dinc insanların mina terrorunun qurbanına çevrildiyinə diqqət çəkilir.

Xüsusi vurğulanır ki, beynəlxalq ictimaiyyət sülhə can atan Azərbaycana qarşı ermənilər tərəfindən törədilmiş hüquqazidd əməllərin cəzasız qalmasına son qoyulmasını tələb etməlidir.

AzVision.az



Teqlər: Kolumbiya   Hərbi-Əsir  



Xəbər lenti