83 yaşlı kişinin meyiti çuxurda tapıldı

   83 yaşlı kişinin meyiti çuxurda tapıldı
  30 Aprel 2023    Oxunub:1284
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində çirkab sularının yığışdığı çuxurda naməlum kişi meyiti olması ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “ AzVision.az -a bildirib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Meyit çuxurdan çıxarılaraq müvafiq ekspertizaya göndərilib.

İlkin araşdırmalar zamanı onun şəhər sakini 1940-cı il təvəllüdlü İsa Hümbətov olması və tapıldığı ərazisinin yaxınlığında yaşaması məlum olub.

AzVision.az


Teqlər:



Xəbər lenti