Fərid Qayıbov "Formula 1"i izləyən şəhid ailələri və qazilərlə görüşüb

Fərid Qayıbov "Formula 1"i izləyən şəhid ailələri və qazilərlə görüşüb
  30 Aprel 2023    Oxunub:1382
Gənclər və idman naziri Fərid Qayıbov "Formula 1" üzrə Azərbaycan Qran-prisini izləyən şəhid ailələri və qazilərlə görüşüb.
AzVision.az xəbər verir ki, nazir bildirib ki, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, azarkeşlər sırasında görmək çox qürurvericidir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün başa çatacaq. 2500-ə yaxın şəhid ailələrinin üzvləri və Vətən müharibəsində iştirak etmiş qazilər yarışı izləmək üçün dəvət olunublar.






AzVision.az


Teqlər:



Xəbər lenti