Güclü yağış və dolu Tərtər rayonunda fəsadlar törədib

   Güclü yağış və dolu Tərtər rayonunda fəsadlar törədib
  30 Aprel 2023    Oxunub:3201
Aprelin 30-da axşam saatlarında yağan güclü yağış və dolu Tərtər rayonunda fəsadlar törədib.
AzVision.az xəbər verir ki, sel suları nəticəsində rayonun Dəmirçilər, Ağkənd və Həsənqaya kəndlərində evlərə, fərdi təsərrüfatlara, taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəyib.

Bundan başqa rayonun İsmayılbəyli, Qarağacı, Yuxarı Qapanlı, Qaynaq kəndlərinə dolu yağıb. Nəticədə meyvə bağlarına və əkin sahələrinə ziyan dəyib.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən gecə saatlarından təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Hazırda bu sahədə tədbirlər davam etdirilir.






AzVision.az


Teqlər:



Xəbər lenti