Sudanda BMT-nin 4 min ton humanitar yardımı oğurlandı

   Sudanda BMT-nin 4 min ton humanitar yardımı oğurlandı
  01 May 2023    Oxunub:1143
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) baş katibinin Sudandakı xüsusi nümayəndəsi Volker Perthes təşkilatdan 4 min tona yaxın humanitar yardımın oğurlandığını bildirib.
O, bu barədə Sky News-a müsahibəsində bildirib. Pertezin sözlərinə görə, Sudanda bir anbarda saxlanılan humanitar yardımın böyük hissəsi talan edilib. Ümumdünya Ərzaq Təşkilatının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər təşkilatların Darfurdakı anbarları da boşaldılıb.

O qeyd edib ki, humanitar fəaliyyətlərin bərpası üçün atəşkəs lazımdır. Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Sudanda vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə əlaqədar humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Martin Qriffitsi regiona göndərib.


AzVision.az


Teqlər:



Xəbər lenti