Axtarışda idilər, sərhəddə yaxalandılar

   Axtarışda idilər,    sərhəddə yaxalandılar
  01 May 2023    Oxunub:1189
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin aprel ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 260 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ölkədən çıxışı qadağan olan 446 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 20 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti