ABŞ dövlət katibi ilə Ceyhun Bayramov arasında görüş başlayıb

   ABŞ dövlət katibi ilə Ceyhun Bayramov arasında görüş başlayıb
  01 May 2023    Oxunub:1017
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.
AzVision.az xəbər verir ki, görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.

İkitərəfli görüşdən sonra C.Bayramov, E.Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş gözlənilir.

AzVision.az


Teqlər:



Xəbər lenti