"Ağdamda rus komandirlər mərmiləri bilərəkdən məhv edirdilər" - VİDEO
Onun sözlərinə görə, vəziyyət get-gedə daha da təhlükəli hal alırdı. Ağdamda ezamiyətdə olarkən çox təhlükəli hadisələrin şahidi olduq.
"Komandirlər, hansı ki, onların arasında rus əsillilər də var idi, artileriya mərmilərimizdən bilərəkdən kortəbii istifadə edir, kordinat olmadan atəş açıb mərmiləri sıradan çıxarırdılar. Ona görə də düşmən asanlıqla irəliləyirdi. Çünki ruslar erməniləri silahlandırır, onlara hərtərəfli kömək edirdi. Belə bir çətin dövrdə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanı xilas etdi. Heydər Əliyevin qətiyyəti, böyük siyasi təcrübəsi ölkəmizi uçurumun astanasından qaytardı. Heydər Əliyev orduya, cəbhədədki əməliyyatlara nəzarəti ələ aldı, ciddi qayda-qanun yaradıldı. Tədricən ordu quruculuğna başlandı. Belə bir çətin dövrdə atəşkəs müqaviləsinin imzalanması daha böyük təhlükələrin qarşısını aldı. Ulu öndər deyirdi ki, cürətli sülh danşıqları aparmaq üçün qüdrətli orduya malik olmaq lazımdır. Azərbaycan hakimiyyəti iqtisadiyyatı inkişaf etdirməyə, ordu qurmağa başladı. Bugünkü uğurlarımızın təməli həmin illərdə ulu öndər tərəfdinən atıldı", - deyə A.Əliyev əlavə edib.(Trend)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


