Nazirlik əməliyyat görüntülərini yaydı - VİDEO

   Nazirlik əməliyyat görüntülərini yaydı -    VİDEO
  02 May 2023    Oxunub:1225
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanacaq vaqonunun relsdən çıxması ilə bağlı əməliyyat görüntüləri yayıb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.


AzVision.az


Teqlər: FHN  



Xəbər lenti