Yeni imam: "Hacı Şahinin yerini tutmaq mümkün deyil"
“Lakin bəzi vacib məsələlərə görə razılaşmalı oldum. Hacı Şahinlə şəhidlərimizin anım tədbirlərində tez-tez görüşmüşük, gözəl münasibətimiz olub. Böyük qəlbli bir insanı itirmişik, bu, bizim üçün ağırdır. Allahın dinini hacının dəst-xəttini saxlamaqla çatdırmağa çalışacağıq, əlimizdən gələni edəcəyik. Düzdür, hacının yerini tutmaq mümkün deyil, onun qəlbimizdə ayrı yeri var. O, məsciddə bütün işləri qaydasına qoyub, nizama salıb, vətənpərvərlik aşılayır, dinimizi gözəl şəkildə təbliğ edirdi. Biz də onun bu işini davam etdirməyə çalışacağıq”, - deyə qeyd edib. (Teleqraf.com)
AzVision.az
Teqlər: Məscid







Vaxtında, Aydın, Lazımlı!


