Fransanın keçmiş baş naziri: "Moskvada paştet satmağa hazıram"

   Fransanın keçmiş baş naziri:    "Moskvada paştet satmağa hazıram"
  03 May 2023    Oxunub:1549
Fransanın keçmiş baş naziri Fransua Fiyon (2007-2012) ölkə parlamentinin Rusiya ilə əlaqələrə dair ittihamlarına cavab verərək, sahibkarlıq fəaliyyətini istədiyi kimi apardığını bildirib.
Bu barədə TV5 Monde məlumat yayıb. Keçmiş siyasətçi vurğulayıb ki, istəsə, “Qırmızı Meydan”da paştet də sata bilər. Fiyon mayın 3-də “Sibur” və “Zarubejneft”in direktorlar şurasında işlədiyinə görə parlamentin təhqiqat komissiyası qarşısına çıxıb. Siyasətçi 2022-ci ilə qədər orada vəzifə tutub.
İlkin Nəcəfzadə AzVision.az


Teqlər:



Xəbər lenti