Tehran prokuroru: "Bəzi aktyorların həbsinə order veriləcək"

      Tehran prokuroru:    "Bəzi aktyorların həbsinə order veriləcək"
  03 May 2023    Oxunub:1062
Tehranın prokuroru diqqət çəkən açıqlama verib. AzVision.az xəbər verir ki, o, bəzi incəsənət adamlarının həbsinə order veriləcəyini deyib.
Onun sözlərinə görə, prokurorluğa çağırılan kino və televiziya aktyorlarından bəziləri hələ də məhkəmə orqanlarına müraciət etməyiblər.

İranda daha bir hicab qalmaqalı - Aktrisalara cinayət işi açıldı - FOTO
Tehranın baş prokurorluğunun yaydığı məlumat qeyd edilir ki, "Əgər onlar nəzərdə tutulan müddətdə məhkəmə zalına gəlməsələr, onların “həbs olunmasına” order veriləcək".

Son günlər İran mətbuatında bəzi kino və televiziya aktyorlarının ictimai mərasimlərdə hicabsız görüntülənmələri səbəbilə məhkəməyə çağırılmalarına dair xəbərlər dərc olunur.

Həmçinin Tehran Polisi İnformasiya Mərkəzi Atila Pesyaninin anım mərasimində hicabsız olmaları səbəbilə Əfsanə Bayqan və Fatimə Motaməd Ariya haqqında məhkəmə işinin açıldığını bəyan edib.

AzVision.az



Teqlər:   İran   Prokuror  



Xəbər lenti