Ölən şəxs polis imiş

   Ölən şəxs polis imiş
  03 May 2023    Oxunub:1473
Daxili İşlər Nazirliyi Qəbələdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfərin - 1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib. Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti