"Vidnıy mujik, eqo mesto v Kremle" - Heydər Əliyevlə bağlı 40 il əvvəl deyilmiş söz

      "Vidnıy mujik, eqo mesto v Kremle" -    Heydər Əliyevlə bağlı 40 il əvvəl deyilmiş söz
  04 May 2023    Oxunub:3447
“İnstitutumuzun dekan müavini Heydər Əliyevin şəklinə baxıb “on vidniy mujik, dostoin na vsyo” dedi”.
AzVision.az xəbər verir ki, bunu Masallı rayonunda su təmizləyici stansiyada qurğu rəisi işləyən Mətləb Əliyev deyib. O, vaxtı ilə Heydər Əliyevin təşəbbüsü ilə xaricə oxumağa göndərilən tələbələrdən olub. Saytımıza danışan M. Əliyev həmin günlərlə bağlı xatirələrini dilə gətirib.



“O vaxt əlaçı olanlar müsabiqə yolu ilə xaricdə təhsil almağa göndərilirdi. Mən də sənədlərimi təqdim etdim, seçim üsulu ilə xaricdə təhsil alamaq üçün təsdiqləndim. Bu, Heydər Əliyevin təşəbbüsü ilə baş tutdu. Beləliklə, Novoçerkask Politexnik İnstitutunun inşaat fakültəsində “suyun təmizlənməsi texnologiyası üzrə mühəndis texnoloq” ixtisasına yiyələndim.

İnstituta gedib sənədlərimi təqdim edəndə, dekan müavini soruşdu ki, “soyadın Əliyevdir, Heydər Əliyevin qohumusan ?”. Dedim, yox. Bir də soruşdu ki, "bəlkə, qohumusan, demirsən", dedim, yox. Sənədlərimi vərəqləyəndə arasından Ulu Öndərin general formasında qəzetdəki şəkli çıxdı. O şəkilə baxıb dedi: “On vidnıy mujik” (O, yaraşıqlı kişidir). Və əlavə etdi: ”Eqo mesto Kreml” (Onun yeri Kremldir), oçen silnıy mujik, on dostoin na vsyo (çox güclü kişidir, o hər şeyə layiqdir”).

Heydər Əliyev biz xaricə oxumağa gedəndə yola salma mərasimində çıxış etdi, məsləhət verdi ki, "oxuyun gəlin, Azərbaycan xalqına xidmət edin”.



Qeyd edək ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: HeydərƏliyev   Tələbə   Xaricdətəhsil   100illik  



Xəbər lenti