Rusiyadan Türkiyə və BƏƏ-yə səfərlərin sayı artıb

Rusiyadan Türkiyə və BƏƏ-yə səfərlərin sayı artıb
  04 May 2023    Oxunub:1190
Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti Türkiyə, Tailand və Birləşmiş Ərəb Əmirliklərinə turist səfərlərinin sayının artdığını bildirib.
Bu barədə Rusiya Turoperatorları Assosiasiyasına (ATOR) sərhəd xidmətinin məlumatlarına istinadən məlumat verib. Qeyd olunub ki, 2023-cü ilin yanvar-mart aylarında müxtəlif nəqliyyat növləri ilə xaricə 4 896 249 Rusiya vətəndaşı səfər edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2% çoxdur.

Rusların 2023-cü ilin birinci rübündə səyahət etməyi seçdikləri TOP-3 ölkəyə Türkiyə (772 681 səfər), Tayland (566 425 səfər) və Birləşmiş Ərəb Əmirlikləri (492 798 səfər) daxildir.

AzVision.az


Teqlər:



Xəbər lenti