Azərbaycanda vəkillərin sayı açıqlandı
Bildirib ki, Sərəncamın icrası məqsədilə vəkilliyə qəbul mütəmadi həyata keçirilir: “Bunun nəticəsində vəkillərin sayı 3 dəfə artaraq 2323-ə çatıb, ödənişsiz hüquqi yardım aksiyalarında 30 mindən çox şəxsə pulsuz hüquqi yardım göstərilib. Həmçinin ölkə üzrə vəkil bürolarının sayı 3 dəfədən çox artaraq 130-u ötüb.
Prezidentin vəkilliyə diqqətinin daha bir təzahürü də 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə “Vəkil günü” peşə bayramının təsis olunub. Sərəncama əsasən hər il müstəqil vəkilliyin əsasını təşkil edən və Ulu Öndər tərəfindən qəbul edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun imzalandığı gün – 28 dekabr Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Azərbaycan dünyada “Vəkil günü”nü peşə bayramı kimi qeyd edən çox az dövlətlərdən biridir. Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyev tərəfindən "Vəkillər və vəkillik fəaliyyət haqqında” qanunun imzalandığı tarix - 1999-cu il 28 dekabr vəkilliyimizin tarixinə qızıl hərflərlə həkk olunub”.
Azərbaycan vəkilliyində əldə olunmuş müsbət nəticələrin, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil vəkilliyin inkişafının xalqımızın layiqli lideri Prezident İlham Əliyevin qayğısının nəticəsi olduğunu vurğulayan Anar Bağırov deyib: “Bu baxımdan aparılan islahatlar, yalnız bu gün üçün deyil, həm də gələcəyə hesablanmış addım kimi dəyərləndirilir.
Ölkə rəhbərliyi ilə yanaşı dövlət qurumları da vəkillərə, Kollegiyaya xüsusi diqqət göstərir. Bu qurumlar arasında Ədliyyə Nazirliyinin adı xüsusilə vurğulanmalıdır. Nazirliklə əməkdaşlıq nəticəsində bölgələrdə və cəzaçəkmə müəssisələrində ödənişsiz hüquqi yardım layihələrinin keçirilməsi, Ədliyyə Akademiyası ilə birgə vəkilliyə namizədlərin icbari təlimlərin, habelə vəkillərin peşə hazırlığı üzrə davamlı tədrisin təşkili, elektron məhkəmə sisteminin inkişafı istiqaməti üzrə qarşılıqlı fəaliyyət, yeni yaradılan vəkil qurumlarının qısa zamanda və şəffaf qaydada dövlət qeydiyyatına alınması və digər tədbirlər həyata keçirilir. Qurumlarımız arasında formalaşan sağlam əməkdaşlıq, qarşılıqlı hörmət və etimad münasibətlərini çox yüksək qiymətləndiririk”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


