Sənədləri olmayan 926 uşağın doğum faktı müəyyənləşdirilib
Eyni zamanda, qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti ilə əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 926 uşağın doğum faktı müəyyənləşdirilib qeydə alınıb. Qarşıda duran vəzifələrdən biri də insan alverinə qarşı mübarizədə görülmüş işlərin ictimaiyyətə çatdırılması olmuşdur.
Sözügedən cinayətlərlə mübarizənin nəticələri, informativ, təşkilati və hüquqi əsasları, keçirilən görüşlər, insan alverinin qurbanları üçün sığınacaq, “Qaynar xətt”, Kömək Fondu və s. barədə məlumatlar Azərbaycan və ingilis dillərində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində yerləşdirilmiş, həyata keçirilən tədbirlər və əldə edilən nəticələr mediada işıqlandırılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


