Əfv sərəncamının icrasına başlandı

 Əfv sərəncamının icrasına başlandı
  08 May 2023    Oxunub:1384
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb . AzVision.az xəbər verir ki, sərəncamın icrasına başlanılıb.
Sərəncama əsasən 801 məhkum əfv olunub. Onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti