Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri yola salınıb

   Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri yola salınıb
  08 May 2023    Oxunub:1183
Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Bakıdan yola salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı “Twitter“də yazıb.

Qeyd olunub ki, Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının 5-6-7 may tarixlərində 3 məntəqədə seçki qutularına atdıqları bülletenlər bu gün Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) təhvil verilib.

“Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik”, - diplomat əlavə edib.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti