İlham Əliyev: "Azərbaycan “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb"
“1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir”, - deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür.
Prezident qeyd edib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. “Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


