Bengt Hildebrand: “Ağdamdakı Çörək Muzeyinin tamamilə dağıdıldığını görmək üzücüdür”
"Qarabağ kimi ərazilər ziyarət üçün o qədər də əlçatan deyil, biz burada olduğumuza görə çox şadıq. İşğaldan azad olunan ərazilərin təbiəti çox gözəl və mənzərəlidir, Qarabağın dağlarının bəzi yerləri mənə İsveçi xatırladır", - o söyləyib.
Səyahətçinin sözlərinə görə, təbiətlə yanaşı, dağıdılmış Ağdam Çörək Muzeyi də onda böyük təəssürat yaradıb: “Düşünürəm ki, vaxtilə bu, çox gözəl tikili olub, indi onun belə vəziyyətdə olması təəssüf doğurur”.
Səyahətçi mina partlamasını izləməyin onun üçün maraqlı, eyni zamanda olduqca qorxulu təcrübə olduğunu əlavə edib.
Xatırladaq ki, bu gün başa çatacaq üçgünlük səfər çərçivəsində “Club 100” üzvləri Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında olublar.
AzVision.az
Teqlər: Ağdam Çörək-Muzeyi







Vaxtında, Aydın, Lazımlı!


