Ordubadda 20 il əvvəl bacısını öldürüb basdıran qardaş həbs olunmadı
Qeyd edək ki, əvvəlki dövrdən qalmış cinayətin üstünün açılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini, 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyevanı qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub. Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb.
Faktla bağlı Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


