"3-7 nəfərdən ibarət məktəblərdə tədrisin təşkili problemlidir" - Nazir

   "3-7 nəfərdən ibarət məktəblərdə tədrisin təşkili problemlidir" -    Nazir
  16 May 2023    Oxunub:950
"Bütün ucqar kənd məktəblərində nəticələrinin yaxşı olmaması fikri ilə razı deyiləm. Elə ucqar kənd məktəblərimiz var ki, şagirdlər yaxşı nəticə göstərir".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, 3-7 nəfərdən ibarət balaca məktəblərdə tədrisin təşkili problemlidir:

"Amma biz çalışırıq ki, həmin məktəblərdə kontingentin olmasından asılı olmayaraq, tədrisi təşkil edək. Nazirlik hər bir vətəndaşa eyni keyfiyyətli təhsil verməyə çalşır və bacardıqca resursla təmin edir. Bu yerlərdəki uşaqlar əvvəl Bakıdakı internat tipli təhsil müəssisələrində oxuyurdu və indi də onların yaxşı məktəblərdə oxumaq imkanı var".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti