"Qoymayın ki, eqolu, məğlub insanlar sizi qaranlığa sürükləsin" - Ərdoğan
Mayın 14-də öz iradənizin müdafiəsinə qalxdığınıza, seçki qutularında öz seçiminizi sərbəst şəkildə əks etdirdiyinizə və demokratiyamızı dəstəklədiyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Dünya gənclərinə örnək olan münasibətinizlə millətimizin sizə güvənməkdə nə qədər haqlı olduğunu bir daha göstərdiniz.
Sizinlə qürur duyuram. Siz bizim ümidimiz, göz bəbəyimiz, işıqlı gələcəyimizin təminatısınız. Tarixi şanlı qələbələrlə dolu olan bu xalqı çağdaş sivilizasiyalar səviyyəsindən yüksəklərə daşıyacağınıza ümid edirəm. Xahiş edirəm heç kimin sizinlə xəyallarınızın arasına girməsinə, sizi qorxutmasına və ya sizə öz zəhərini axıtmasına icazə verməyin.
Heç vaxt imkan verməyin ki, yüksək eqolu, uğursuzluqlar və seçki məğlubiyyətləri tarixçəsi olan şəxsiyyətlər sizi öz ucsuz-bucaqsız qaranlığına sürükləsinlər. Problemlərimizi birlikdə həll edəcəyik, çətinlikləri birlikdə dəf edəcəyik. Kədərimizi birlikdə paylaşacağıq, uğurlarımıza birlikdə sevinəcəyik.
İnşallah yenidən sizinlə daha gözəl günlər görəcəyik. Mayın 28-də siz kiçik qardaşlarımın güclü dəstəyinə ümid edirəm",- Ərdoğan paylaşımında yazıb.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


