“Nar” 5G sürətini Sumqayıta gətirdi!
"Abunəçilərimiz üçün mümkün ən yaxşı rəqəmsal təcrübəni təmin etmək üçün ilk dəfə olaraq paytaxtdan kənarda-Sumqayıtda 5G texnologiyasını təqdim etməkdən qürur duyuruq. Əminik ki, bu yenilik müştərilərimizə yeni rəqəmsal imkanları araşdırmaq üçün əla fürsət yaradacaq”, - deyə “Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib.
Qeyd edək ki, hal-hazırda keyfiyyətli və kəsintisiz “Nar” şəbəkəsi ölkə ərazisinin 98 %-ni, əhalinin isə 99 %-ni əhatə edir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


