Bu qaliblərə 20 min pul veriləcək

   Bu qaliblərə 20 min pul veriləcək
  17 May 2023    Oxunub:1102
3-cü "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb. AzVision.az xəbər verir ki, nəticələri gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev təqdim edib.
O bildirib ki, onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 7024 namizəddən 1325 nəfər növbəti əyani mərhələdə iştirak etmək hüququ qazanıb. Növbəti mərhələyə uğurla keçən namizədlərin 1095-i kişi, 230-u qadındır. İştirakçılardan 404 nəfəri ikinci, 220 nəfəri isə müsabiqəyə üçüncü dəfə qatılıb. Müsabiqədə iştirak üçün müraciət edənlərdən 683 nəfəri 21-30, 54 nəfəri isə 41-51 yaş aralığındadır. İştirakçıların 687 nəfəri dövlət, 665 nəfəri özəl, 24 nəfəri QHT, 20 nəfəri isə beynəlxalq qurumların əməkdaşlarıdır.

F.Hacıyev qeyd edib ki, qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir:

"Əyani mərhələ qabiliyyət üzrə yoxlama va idarəetmə bacarıqları olmaqla 2 imtahandan ibarətdir. Əyani mərhələni uğurla keçmiş iştirakçılar yarımfinal mərhələsinə adlayacaq. Qiymətləndirma konfransı formatında keçiriləcək yarımfinal və final mərhələlərində iștirakçıların şəxsi keyfiyyətləri ve bacarıqları ekspertlər tərəfindən qiymətləndiriləcək".

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi
karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və
20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azarbaycan Respublikası Prezidenti İlham
Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti