Azərbaycanda sərnişin daşımaları 19% artıb

Azərbaycanda sərnişin daşımaları 19% artıb
  17 May 2023    Oxunub:1152
2023-cü ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,9% və 19,2% artıb.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 71,2 milyon ton yük daşınıb.
Yüklərin 3,7%-i dəniz, 8,3%-i dəmir yolu, 0,1%-i hava, 55%-i avtomobil nəqliyyatı, 32,9%-i isə boru kəməri ilə daşınıb.

AzVision.az



Teqlər:



Xəbər lenti